Topaz Premyer Liqasının XIII turunun mərkəzi oyununda “Qəbələ” ilə qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, bu, ağdamlıların doğma meydanda ardıcıl 15-ci ev qələbəsi olub.
Qurban Qurbanovun yetirmələrinin doğma divarlar arasındakı sonuncu xal itkisi ötən ilə təsadüf edir. Dekabrın 19-da “Qəbələ” ilə oyunda 1:1 hesablı bərabərliyə razılaşan sonuncu çempion o vaxtdan bəri xal itirməyib.
Maraqlıdır ki, “Qarabağ”a sonuncu ev məğlubiyyətini də məhz “qırmızı-qaralar” yaşadıb. 2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı