“Qəbələ”nin hücumçuları oyunboyu məni və müdafiəçiləri gərginlikdə saxladı”
02.10.2015 - 10:03
“Qəbələ”nin hücumçuları oyunboyu məni və müdafiəçiləri gərginlikdə saxladı”

“Avropa Liqasında zəif rəqib yoxdu. “Qəbələ” ilə qarşılaşma da bir daha bunu sübut etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krasnodar” klubunun futbolçusu Andrey Sinitsin deyib.

 

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” ilə ev oyunu (2:1) haqda fikirlərini açıqlayan qapıçı təmsilçimizin hücumçularının ona çətinlik yaşatdığını qeyd edib: “Oyuna çox yaxşı başladıq. Lakin bir az sakitləşməyimiz az qala bizə baha başa gələcəkdi. “Qəbələ”nin yaxşı hücumçuları var. Onlar qarşılaşma boyu məni və müdafiəçiləri gərginlikdə saxladı. Buna baxmayaraq hesab edirəm ki, layiqli qələbə qazandıq. Kifayət qədər olan imkanlarımızdan daha yaxşı istifadə etdik. Qarşıda PAOK-ıa qğır oyunlarımız var. Yunanıstanda azarkeşlər dəlisovdu, matçboyu komandasını irəli səsləyir. Lakin Dortmund azarkeşlərini görəndən sonra PAOK-la hər iki matçda qələbəyə oynayacağıq”.

 

0