Sabah Topaz Premyer Liqasında daha bir oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, çempionatın III turundan təxirə salınmış matçda “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək.
Cari mövsümdə qapısından qol buraxmayan yeganə komanda olan “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirməyə çalışacaq. Son iki matçda “Neftçi” (8:0) və AZAL-a (3:0) böyük hesabla qalib gələn “Qəbələ” üçün qarşıdakı matç liderlik baxımından da əhəmiyyətlidi.
İtirilən xallara görə Premyer Liqanın potensial lideri olan əyalət klubu 3 xal qazansa, zirvəyə yüksələcək. Roman Qriqorçukun yetirmələri bununla da “Qarabağ”la “İnter”i arxada qoyacaq.
Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sumqayıt” isə meydana ilk arzusu ilə çıxacaq. Belə ki, “Gənxlik şəhəri” təmsilçisi tarixi ərzində “Qəbələ” ilə səfər oyunlarında xal qazanmayıb.
Rəqib meydanındakı 8 qarşılaşmanın hamısında uduzan sumqayıtlılar rəqibin liderlik arzusuna əngəl olmaqla, öz mövqeyini yaxşılaşdıra bilər. Qəbələ şəhər stadionunda keçiriləcək matçda çempionatın bombardiri Baqali Dabo və onun izləyicilərindən olan Ruslan Qurbanov da qol hesabını artırmaq iddiasındadı.
III turdan təxirə salınan oyun
22 sentyabr (cümə axşamı)
17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
|
1. |
Qarabağ |
5 |
4 |
0 |
1 |
14-2 |
12 |
|
2. |
İnter |
5 |
3 |
2 |
0 |
8-5 |
11 |
|
3. |
Qəbələ |
4 |
3 |
1 |
0 |
13-0 |
10 |
|
4. |
Kəpəz |
5 |
1 |
3 |
1 |
5-5 |
6 |
|
5. |
Zirə |
5 |
2 |
0 |
3 |
4-6 |
6 |
|
6. |
Sumqayıt |
4 |
1 |
1 |
2 |
3-5 |
4 |
|
7. |
Neftçi |
5 |
1 |
0 |
4 |
3-14 |
3 |
|
8. |
AZAL |
5 |
0 |
1 |
4 |
1-14 |
1 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 4.