“Qəbələ”nin UEFA Gənclər Liqasındakı potensial rəqibləri ilk oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar yolunun I mərhələsinin son qarşılaşmasında İsrail “Makkabi”si ilə Belarus “Şaxtyor”u üz-üzə gəliblər.
Hayfa təmsilçisi ev oyununda darmadağına sevinib. Belə ki, israillilər 5:0 hesabı ilə qalib gəlib. İlk yarıda 1 qol vuran meydan sahibləri fasilədən sonra Soliqorsk təmsilçisini daha 4 dəfə məyus edib.
Komandalar arasında cavab oyunu oktyabrın 19-da Soliqorskda baş tutacaq.
Qeyd edək ki, “Makkabi” – “Şaxtyor” cütünün qalibi II mərhələdə “Qəbələ” – “Dinamo” (Moskva, Rusiya) duelinin güclüsü ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda şimallılar 2:0 hesabı ilə qalib gəlib. Ximkidəki cavab oyunu ayin 19-da baş tutacaq.