İngiltərənin yığmasının əfsanəvi futbolçusu Maykl Ouen sabiq komandası “Mançester Yunayted”lə bağlı maraqlı fikir səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq forvard Joze Mourinyonun “mankunianlar”ı çalışdıracağına şübhə etmir.
O, Xosep Qvardiolanın “Mançester Siti” ilə anlaşmasının portuqaliyalını bu seçimə məcbur edəcəyini düşünür: “Bir neçə ay əvvəl Mourinyonun “Mançester Yunayted”i çalışdıracağına inanmırdım. Ancaq indi bu, çox realdı. Qvardiolanın “Mançester Siti”yə keçməsi Mourinyoda qıcıq yarada bilər. Üstəlik, fikrimcə, ispaniyalı ilə yalnız Joze mübarizə apara və ayaqlaşa bilər. Bu, əla duel olar. Lui van Qalın qalması isə çempionatı cansıxıcı hala salar”.
Qeyd edək ki, Joze Mourinyonun gələn mövsümdən “Mançester Yunayted”in “sükanı arxası”na keçməsi gözlənilir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”