“Real” mövsümün ilk transferini tibbi baxışa çağırdı
08.05.2017 - 19:55
“Real” mövsümün ilk transferini reallaşdırmağa çox yaxındı. Apasport.az saytının məlumatına görə, “kral klubu” Teo Hernandez rənglərinə bağlayacaq.
“Marka” qəzetində yer alan məlumatlara görə Madrid klubu son mövsümü “Alaves”də keçirmiş sol cinah müdafiəçisini artıq tibbi baxışdan keçmək üçün dəvət edib.
“Real” oyunçu üçün 24 milyon avro xərcə düşəcək.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan 19 yaşlı Hernandez icarə əsasında çıxış etdiyi “Alaves”də geridə qalan mövsüm 31 oyunda meydana çıxıb və 1 qola imza atıb.
0
0