“Real” Pepeyə əvəzləyici tapdı
15.12.2016 - 15:30
“Real” Pepeyə əvəzləyici tapdı

“Real”ın portuqaliyalı müdafiəçisi Pepe mövsümün sonunda komandasını dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı futbolçu hələ də yeni müqavilə təklifini qəbul etməyib.

 

Avropa çempionunun yayda komandadan gedəcəyi ehtimalını düşünən madridlilər indidən ona əvəzləyici tapıblar. Əgər Pepe yeni sazişə qol çəkməsə, “kral klubu” yayda Dortmund “Borussiya”sının müdafiəçisi Sokratis Papastatopulosu transfer etməyə çalışacaq. İspanlar bu barədə yunanıstanlı futbolçuya artıq məlumat veriblər.

 

Qeyd edək ki, 28 yaşlı Papastatopulos 2013-cü ildən “Borussiya”nın formasını geyinir.