Madrid “Real”ı yayda heyətində dəyişikliklər edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” mövsümü titulsuz başa vurarsa, islahatlar qaçılmaz olacaq.
“Real” rəhbərliyi istənilən halda bir futbolçusunu satmaq qərarına gəlib. Söhbət kolumbiyalı yarımmüdafiəçi Hames Rodrigesdən gedir. Baş məşqçi Zinəddin Zidanın heç cür etibar etmədiyi 24 yaşlı futbolçu yayda transferə çıxarılacaq.
64 milyon funt-sterlinq ödəməyə razı olan klub Hamesi heyətinə cəlb edə biləcək. “Real” da futbolçunu 2014-cü ildə “Monako”dan məhz həmin məbləğə almışdı. Hazırda Kolumbiya millisinin üzvünün xidmətində ən çox maraqlı olan klub “Mançester Yunayted”di.
Qeyd edək ki, Hames Rodriges “Real”ın heyətində ümumilikdə 71 oyun keçirib, 24 qol vurub.