“Real”dan rəsmi açıqlama: Transfer etməyəcəyik
26.01.2016 - 21:52
“Real”dan rəsmi açıqlama: Transfer etməyəcəyik

"Real" FİFA-nın qarşıdakı iki mövsüm ərzində transfer qadağası cəzasına baxmayaraq bu qışda heyətinə yeni futbolçu cəlb etməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Madrid klubunun prezidenti Florentine Peres deyib:

 

"Biz qışda heç bir futbolçu almayacağıq. Çünki dünyanın ən yaxşı heyətinə sahibik".

 

Peres transfer qadağası ilə bağlı cəzaya etiraz üçün FİFA-ya apellyasiya şikayəti verdiklərini də vurğulayıb. O, transferlər zamanı heç bir qayda pozuntusuna yola vermədiklərini deyib.

 

Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün FİFA "Real"a transfer qadağası qoyub. Cəza qarşıdakı iki transfer pəncərəsinə şamil ediləcək.