“Real”ın futbolçusu əməliyyat olunacaq
04.06.2016 - 16:16
Madrid “Real”ının müdafiəçisi Danilo gələn həftə cərrahiyyə masasında uzanmalı olacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu əməliyyat olunmaq məcburiyyətində qalıb.
Buna səbəb “sambaçı”nın topuğundakı zədənin tam sağalmamasıdı. Danilo mövsümün gedişində də əməliyyat oluna bilərdi. Lakin futbolçu komandasını yarı yolda qoymamaq üçün mövsümün sonunu gözləməli olub.
Qeyd edək ki, “Real” rəhbərliyi Danilonun başqa kluba satılmayacağını bildirib.
0
0