“Real”ın futbolçusu İngiltərə yolunda
16.03.2016 - 09:24
Madrid “Real”ının futbolçusu Toni Kroos yayda klubunu dəyişə bilər. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin karyerasını “Dumanlı Albion”da davam etdirmək variantı var.
Belə ki, İngiltərənin köklü klublarından sayılan “Arsenal” 26 yaşlı xavbekin xidmətində maraqlıdı. “Topçular”ın baş məşqçisi Arsen Venger rəhbərliklə görüşündə Kroosun oyununu bəyəndiyini və onu ixtiyarında görmək istədiyini qeyd edib.
Londonluların qarşı tərəflə danışıqlara artıq başladığı bildirilir.
0
0