“Roma” Avroliqanın qalibini istəyir
19.05.2016 - 22:00
“Roma” Avroliqanın qalibini istəyir

“Roma” “Sevilya”nın hücumçusu Kevin Qameyronu heyətinə cəlb etmək istəyir. Apasport.az saytının məlumatına görə, “canavarlar” Avroliqanın finalında bir qol vuran və qızıl medal qazanan fransızı bu yay transfer etməkdə maraqlıdı.

 

Romalılar 29 yaşlı oyunçu üçün hücumçu Antonio Sanabriyanı və 10 milyon avro təklif edib.

 

Hələlik Əndəlusiya təmsilçisinin nə qərar verəcəyi açıqlanmır.