[b]“Ronaldo dilini dinc saxlamalıdı”[/b]
31.01.2017 - 17:49
[b]“Ronaldo dilini dinc saxlamalıdı”[/b]

“Ronaldonun yerində olmaq çətindi”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Madrid “Real”ının sabiq futbolçusu Uqo Sançesə məxsusdu.

 

O, La Liqanın XX turu çərçivəsində “Real Sosyedad”la matçda Kriştianu Ronaldo və madridli azarkeşlər arasında yaşanan xoşagəlməz hala toxunub. Sançes portuqaliyalı superulduzun “Real” azarkeşlərini təhqir etməsini düzgün saymadığını bildirib.

 

Sançes qeyd edib ki, Ronaldo həmin anda əsəblərini cilovlamalı idi: “Azarkeşlər məni də arada təhqir ediblər. Ronaldo dilini dinc saxlamalıdı. O, istədiyi şeyi düşünə bilər, amma bunu dilinə gətirməməlidi. Çünki bu cür hərəkət münasibəti korlayır. Azarkeş sizi təhqir edə bilər, amma siz onları yox”.

 

Qeyd edək ki, “kral klubu”nun 3:0 hesabı ilə qalib gəldiyi matçda Ronaldo top itirdiyi epizodda fanatlar onu fitə basmışdı. Kriştianu isə onların bu hərəkətini cavabsız qoymayaraq, azarkeşləri “küçüklər” adlandırmışdı.