“Ronaldonun hazırda elədiklərini mən bütün karyeram boyu etməmişəm”
16.06.2015 - 00:43
“Ronaldonun hazırda elədiklərini mən bütün karyeram boyu etməmişəm”

İspaniya yığmasının və “Real”ın keçmiş hücumçusu Raul Qonzales Kristiano Ronaldo haqqında fikirlərini bildirib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, keçmiş hücumçu Kristianonun inanılmaz futbolçu olduğunu və “Real” üçün əvəzolunmaz işlər gördüyünü deyib:

 

“O, inanılmaz dərəcədə yaxşı oynayır. Hər mövsüm orta hesabla 50 qol vurur, “Real” üçün əlindən gələni edir. Mənim bütün karyeram boyu “Real” üçün etdiklərimdən daha artığını Ronaldo artıq edib. Ümid edirəm ki, daha uzun müddət “kral klubu”nda oynayacaq və faydalı olacaq”.