“Şaxtyor”un futbolçusu “Fənərbaxça”da
05.01.2017 - 01:05
“Fənərbaxça” “Şaxtyor”un futbolçusu Aleksandr Karavaevi icarəyə götürüb. Apasport.az-ın məlumatına görə, bu barədə donetsklilərin saytı açıqlama yayıb.
Anlaşmanın hansı müddətə nəzərdə tutulduğu açıqlanmasa da, ukrayna mətbuatı müqavilənin mövsümün sonuna kimi imzalandığını bildirib.
Qeyd edək ki, Karavaev “Şaxtyor”un oyunçusu olsa da, 2014-cü ildən icarə əsasında “Zarya”da çıxış edirdi.
0
0