“Sumqayıt” gümüş medalçı ilə qarşılaşacaq
01.09.2016 - 14:43
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi "Zirə" ilə qüvvəsini sınayacaq.
Çempionatın ötən mövsümündə gümüş medal qazanan “Zirə” ilə qarşılaşma sentyabrın 2-də baş tutacaq.
Qeyd edək ki, “Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
0
0