“Roma”nın prezidenti Ceyms Palotta Amerika Liqasına gedəcəyi haqqında söhbətlər dolaşan Françesko Totti haqqında açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri əfsanəvi oyunçunun qocaldığını və əvvəlki kimi oynaya bilmədiyini deyib.
“Bizim böyük problemimiz var. “Roma” heç şübhəsiz ki tarixdəki ən yaxşı italiyalı futbolçulardan biri olan Tottiyə sahibdi. Ancaq onun artıq 39 yaşı var. Əvvəlki kimi istedadlı olsa da, cavanlığındakı səviyyədə oynaya bilmir. Bədəni artıq buna icazə vermir. Qol duyumunu da itirmək üzrədi. Onun bizimlə müqaviləsi yayda bitəcək. Ancaq klubda hər kəs onun idarəçi kimi bizimlə qalmasının tərəfdarıdı. Totti isə oynamaq istəyir. Ola bilsin ki, MLS-ə yollansın”.