“Trabzonspor”lu futbolçunun evini soydular
13.09.2016 - 20:52
“Trabzonspor”lu futbolçunun evini soydular

“Trabzonspor”un futbolçusu Oqneyi Onazinin başına bədbəxt hadisə gəlib. Apasport.az saytının məlumatına görə, nigeriyalı oyunçunun vətənindəki evi soyğunçuların hücumuna məruz qalıb.

 

Bu barədə yarmmüdafiəçi özü məlumat verib: “Evimizə karqo işçisi libasında gələn oğrular atamı silahla hədələyərək təsirsiz hala gətiriblər, sonra da bir qədər ziyan vurublar. Üstəlik də deyiblər ki, növbəti hədəf mənəm. Çox şadam ki, sadəcə pul və maşın aparıblar. Ailə üzvlərimdən kiməsə fiziki zərər dəyməyib”.

0