“Ümid edirəm ki, karyeramı “Lester”də bitirəcəm”
16.03.2016 - 20:32
“Ümid edirəm ki, karyeramı “Lester”də bitirəcəm”

İngiltərə Premyer Liqasında bu mövsümün sürprizi olan “Lester”in baş məşqçisi Klaudio Ranyeri klubdakı gələcəyi haqqında sualları cavablandırıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata açıqalama verən italiyalı mütəxəssis uzun müddət bu komandada çalışmaq istədiyini deyib.

 

“Burda hər şey mənim xoşuma gəlir. Düşünürəm ki, “Lester” sonuncu klubum olacaq. Ümid edirəm ki, rəhbərlik mənə 6-7 illik yeni müqavilə təklif edəcək və mən karyerama burda son qoyacam”.

 

Ranyeri uğurlarının xüsusi bir sirri olmadığını sözlərinə əlavə edib: “Xüsusi bir gizli formulumuz yoxdu. Sadəcə böyük komandalar hər zamankından daha pis, bir isə daha yaxşı çıxış edirik. Bütün futbolçularımız ürəkdən oynayırlar”.

 

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında ilk pillədə qərarlaşmış “Lester” ən yaxın izləyicisi “Tottenhem”i 5 xal qabaqlayır.