“Xəmsə” asiyalılarla bacarmadı
27.12.2016 - 09:24
Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi 4-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Asiya Oyunlarına hazırlaşan türkmənistanlılar “Xəmsə” klubu ilə görüşüb.
Qonaqlar bu qarşılaşmada 8:6 hesabı ilə qalib gəlib. Bu, asiyalıların Bakıda ardıcıl 2-ci qələbəsi olub.
Bunadək Türkmənistan yığması keçirdiyi üç matçda 1 qələbə qazanıb, 1 heç-heçəyə sevinib, 1 dəfə məğlub olmuşdu. “Araz”a 3:4 hesabı ilə uduzan qonaqlar “Neftçi” ilə “sülh” bağladıqdan (5:5) sonra “Yasamal”ı üstələmişdi – 8:3.
0
0