[b]“Xəzər Lənkəran”:[/b] bu gün 1, sabahdan 2 məşq
16.03.2016 - 10:43
[b]“Xəzər Lənkəran”:[/b] bu gün 1, sabahdan 2 məşq

Topaz Premyer Liqasının XXVI turunda “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” matçın hazırlığına bu gün start verəcək. Apasport.az saytının məlumatına görə, istirahətə buraxılan futbolçular yenidən bir araya gələcəklər.

 

“Ağ-yaşıllar” bu gün 1 məşqlə kifayətlənəcəklər. Sabahdan etibarən isə Elbrus Məmmədovun yetirmələri gündə 2 məşq keçəcəklər.

 

“Bankirlər”lə oyunöncəsi “Xəzər Lənkəran”ın heyətlə bağlı yeganə problemi Orxan Sadıqlı ilə bağlıdı. Cənubluların əsas qapıçısı sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, martın 20-də keçiriləcək “Xəzər Lənkəran” – “İnter” görüşü saat 13:30-da start götürəcək.