“Xəzər Lənkəran”ın məşqi toplantı ilə başladı
20.01.2016 - 16:25
“Xəzər Lənkəran” komandasının bu gün baş tutan səhər məşqi meydanda keçirilən toplantı ilə başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, futbolçular və texniki heyətə ilk olaraq 20 Yanvar hadisələri haqqında danışılıb.
Xüsusən faciə baş verərkən hələ kiçik yaşlarını yaşayan futbolçulara Azərbaycan tarixində faciə ilə yanaşı qəhrəmanlıq salnaməsi kimi də yazılan Yanvar hadisələri barədə məlumat verilib. Klubun idman direktoru Yunis Hüseynov çıxışını yekunlaşdırdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0