“Bavariya”nın yarımmüdafiəçisi Mario Getze karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, gənc futbolçu “Yuventus”a keçə bilər.
Andrea Pirlo, Karlos Tevez kimi ulduz futbolçularla yollarını ayıran, son olaraq Arturo Vidalı 40 milyon avro müqabilində “Bavariya”ya satan “qoca sinyora” əvəzində Getzeni almanlardan almaq niyyətindədi. İtalyanların baş direktoru Beppe Marotta bununla bağlı “Bavariya” rəhbərliyi ilə görüş də keçirib. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, 23 yaşlı Getze “Bavariya”ya 2013-cü ildə Dortmund “Borussiya”sından keçib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı