“Yuventus” ayrılmaq istəyən oyunçunu buraxmır
07.10.2016 - 00:05
“Yuventus” ayrılmaq istəyən oyunçunu buraxmır

"Yuventus"un müdafiəçisi Ştefan Lixtştayner komandadan ayrılmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Dani Alveşin Turin klubuna keçidindən sonra əsas heyətdən kənarda qalan 32 yaşlı futbolçu komandadan ayrılmaq fikrindədi. Yayda bir neçə klub futbolçunun xidmətində maraqlı olsa da, "ağ-qaralar" heç bir klubla razılığa gələ bilməyib.

 

İsveçrəli futbolçunun meneceri açıqlamasında "Yuventus"un onu İtaliya klublarına satmaq fikrində olmadığını deyib: "Yayda Lixtştayneri bir neçə xarici klub və "İnter" transfer etmək istəyirdi. "İnter" Ştefanın xidmətində xüsusilə maraqlı olsa da, Turin təmsilçisi müdafiəçini İtaliya klublarına satmaq istəmədiyindən, bu transfer baş tutmadı".

 

Lixtştayner 2011-ci ildən "Yuventus"un şərəfini qoruyur. İsveçrəli müdafiəçi cari mövsümdə cəmi 3 oyunda şans qazanıb.

0