“Yuventus”da yeni müqavilə
26.04.2016 - 23:30
“Yuventus”da yeni müqavilə

Turinin "Yuventus" klubu baş məşqçi Massimiliano Alleqri ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Cüzeppe Marotta açıqlama verib.

 

"Alleqri ilə uğurlu mövsüm keçirdik. Onunla işləməkdən məmnunuq. Ya bu, ya da önümüzdəki həftə Massimo ilə yeni anlaşma imzalayacağıq” – deyə Marotta bildirib.


Qeyd edək ki, “Yuventus” bu mövsüm İtaliya A seriyasının bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.