“Yuventus”un argentinalısının fikri “Real”da
01.02.2017 - 00:49
“Yuventus”un argentinalısının fikri “Real”da

Paulo Dibala mövsümün sonunda “Yuventus”dan ayrılmaq istəyir. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu karyerasını İspaniyada davam etdirmək fikrindədir.


Daha əvvəl İspaniya mətbuatında “Real”ın Dibala ilə yaxından maraqlandığı haqda xəbərlər yayılmışdı.

Məlumatda “Kral klubu”nun prezidenti Florentino Peresin Dibalanın oyununu çox bəyəndiyi və onu Messinin davamçısı hesab etdiyi qeyd olunmuşdu.