[b]Portuqaliya klubunun transferlərdən 601 milyon avroluq qazancı[/b]
02.04.2015 - 17:00
[b]Portuqaliya klubunun transferlərdən 601 milyon avroluq qazancı[/b]

Oyunçu transferlərindən ən çox qazanc əldə edən klublardan biri də “Porto”du. Apasport.az saytı xəbər verir ki, bu günlərdə müdafiəçisi Danilonu 31,5 milyon avroya “Real”a satan Portuqaliya təmsilçisi Avropada bu baxımdan liderliyini davam etdirir.

 

Son 10 ildə qitə nəhənglərinə ən çox oyunçu satan “Porto” yalnız 2006-cı ildə az gəlir əldə edib. Təkcə son iki ildə komanda satdığı oyunçulardan 140 milyon avrodan çox pul “qatlayıb”. Danilonun keçidini də nəzərə alsaq, “Porto” son 10 ildə transferlərdən ümumilikdə 601 milyon avro qazanıb.

 

Son 10 ilin transferləri bunlardı:

 

2004-cü il – 71 milyon avro

Rikardo Karvalyo (“Çelsi”yə) - 30 milyon avro

Deku (“Barselona”ya) - 21 milyon

Paulo Ferreyra (“Çelsi”yə) - 20 milyon

 

2005-ci il – 43 milyon avro

Manişe (“Dinamo”ya, Moskva) - 16 milyon

Giurkas Seytaridis (“Dinamo”ya, Moskva) - 10 milyon

Karlos Alberto (“Korintians”a) - 9 milyon

Derley (“Dinamo”ya, Moskva) - 8 milyon

 

2006-cı il – 6 milyon avro

Dieqo Ribas (“Verder”ə) - 6 milyon

 

2007-ci il – 62 milyon avro

Anderson (“Mançester Yunayted”ə) - 32 milyon

Pepe (“Real”a) - 30 milyon

 

2008-ci il – 46 milyon avro

Rikardo Kuarejma (“İnter”ə) - 25 milyon

Xose Bosinqva (“Çelsi”yə) - 21 milyon

 

2009-cu il – 57 milyon avro

Lisandro Lopes (“Lion”a) - 24 milyon

Luço Qonzales (“Marsel”ə) - 18 milyon

Alu Sissoko (“Lion”a) - 15 milyon

 

2010-cu il – 35 milyon avro

Bruno Alveş (“Zenit”ə) - 22 milyon

Raul Meyreleş (“Liverpul”a) - 13 milyon

 

2011-ci il – 45 milyon avro

Radamel Falkao (“Atletiko”ya) - 45 milyon

 

2012-ci il – 62 milyon avro

Halk (“Zenit”ə) - 40 milyon

Freddi Quarin (“İnter”ə) - 11 milyon

Alvaro Pereyra (“İnter”ə) - 11 milyon

 

2013-cü il – 70 milyon avro

Hames Rodriges (“Monako”ya) - 45 milyon

Joao Moutinyo (“Monako”ya) - 25 milyon

 

2014-cü il – 72,5 milyon avro

Elakuim Manqala (“Mançester Siti”yə) - 30,5 milyon

Fernando (“Mançester Siti”yə) - 15 milyon

Xuan İturbe (“Verona”ya) - 15 milyon

Nikolas Otamendi (“Valensiya”ya) - 12 milyon