“İaşi”dən ayrıldığıma görə məyusam. Qarşımıza avrokuboklara çıxmaq hədəfi qoyulmuşdu. Amma nə etmək olar, bu, futboldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qaz Metan” klubunun hücumçusu Azdren Llullaku deyib.
Rumıniya mətbuatına açıqlama verən 28 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib. Məlum olub ki, Llullaku bu yay ölkəmizdən təklif alıb.
Azərbaycanın hansı klubunun onunla maraqlandığını açıqlamayan forvard Rumıniyada qalmağı daha üstün tutduğunu bildirib: “İaşi”dən ayrıldıqdan sonra 3 təklif almışdım. Xidmətimdə “Qaz Metan”la yanaşı, Azərbaycan və Albaniyanın 1 klubu maraqlı idi. Amma mən üstünlüyü hazırkı komandama verdim. Karyeramla bağlı qərarı özüm qəbul etdim”.
Qeyd edək ki, özünü “Qaz Metan”da yaxşı tərəfdən göstərən Llullaku Liqa-1-in cari mövsümündə meydana çıxdığı 10 oyunda 8 qola imza atıb.