Makedoniya çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Vardar” mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Evdə “Makedoniya”nı 6:0 hesabı ilə yenən Skopye təmsilçisi xallarını 75-ə çatdırıb. Bu qələbədən sonra “Şkendiya” ilə xal fərqini 13-də saxlayan “Vardar” çempionluğu rəsmiləşdirib.
Bu, skopyelilərin ardıcıl 3-cü, ümumilikdə 10-cu çempionluğudu.
Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə qazanan Makedoniya təmsilçisi II təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. Bu isə o deməkdi ki, “Vardar” Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibidi.