[b]11-ci 1[/b]
14.03.2017 - 21:03
[b]11-ci 1[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” AZAL-la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş ağdamlıların minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Bu qarşılaşma iki komanda arasında milli çempionatlar çərçivəsində 34-cü matç olub. Qeydə alınan 1:0 hesabı isə bu oyun da daxil olmaqla  11 görüşün nəticəsini müəyyənləşdirib.

 

“Köhlən atlar” 8 minimalhesablı qələbəyə sevinibsə, AZAL 3 qarşılaşmada tək qolla 3 xal qazanıb.

 

Qeyd edək ki, iki komanda arasındakı ümumi qələbə nisbəti 22:6 ağdamlıların xeyrinədi. Daha 6 qarşılaşmada isə qalib məyyənləşməyib.