“Kopenhagen” Danimarka çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi çempionat başa çatmamıs qızıl medalı təmin edib.
25 illik yubileyini qeyd edən komanda bu uğuru final mərhələsinin VI turunda rəsmiləşdirib. Evdə “Nordsyelland”la heç-heçə edən (1:1) kopenhagenlilər izləyiciləri üçün əlçatmaz olub.
Bu bərabərliklə xal hesabını 78-ə çatdıran paytaxt futbolçuları “Brondbü”dən 16 xal uzaqlaşıb. Belə üstünlük sona 4 tur qalmış çempionun bəlli olması üçün yetərli olub.
Qeyd edək ki, “Kopenhagen” ardıcıl 2-ci, ümumilikdə 12-ci dəfə Danimarka çempionu adına yiyələnib.