Azərbaycan Premyer Liqasının VII turu meydan sahiblərinin qola həsrət qalması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, “İnter”, “Qəbələ”, “Qarabağ” və “Səbail” öz meydanında keçirdikləri oyunlarda qol vura bilməyib.
Azərbaycan çempionatlarında nadir hadisə hesab olunan belə hal sonuncu dəfə ötən mövsümün əvvəlində yaşanıb. Avqustun 11-14-də baş tutan II turun 4 görüşündə meydan sahibləri fərqlənə bilməmişdi.
Həmin vaxt qonaqlar 2 qələbə qazanıb, 2 heç-heçə etmişdi və cəmi 3 qol vurmuşdu. Bu dəfə isə 6 dəfə fərqlənən səfərdə oynayan komandalar rəqiblərinə yalnız 1 xal verib.
2004-cü ildən canlanmanın yaşandığı Azərbaycan çempionatlarının son 13 ilində yalnız iki dəfə meydan sahibləri turu qolsuz başa vurub.
Qeyd edək ki, bu dəfə “Qəbələ” “Kəpəz”ə, “İnter” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Qarabağ” “Zirə” ilə qolsuz heç-heçə edib. Ötən il isə “Kəpəz” – AZAL və “Qəbələ” – “İnter” matçlarında qol qeydə alınmamış, “Neftçi” “Zirə”yə 0:1, “Sumqayıt” “Qarabağ”a 0:2 hesabı ilə uduzub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”