[b]14-cü xoşbəxt Polşa oldu[/b]
08.10.2017 - 22:42
[b]14-cü xoşbəxt Polşa oldu[/b]

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Polşa da mundiala vəsiqəni təmin edib.

 

Seçmə mərhələnin Avropa zonası üzrə E qrupunda Danimarka, Monteneqro, Rumıniya, Ermənistan və Qazaxıstanla mübarizədə bütün rəqiblərini qabaqlayan polşalılar 10 tur ərzində 8 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət sayəsində 25 xal qazanıblar.

 

Ən yaxın izləyicisi Danimarkanı 5 xal qabaqlayan Polşa yığması qrup qalibi kimi DÇ-yə birbaşa vəsiqə əldə edib.

 

Qeyd edək ki, Polşa DÇ-2018-ə vəsiqə qazanan 14-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya və Kosta-Rika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.