[b]Reynaldo 141 gündən sonra qol vurdu [/b]
08.12.2016 - 21:42
[b]Reynaldo 141 gündən sonra qol vurdu [/b]

“Qarabağ”ın futbolçusu Reynaldo avrokuboklardakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner 141 gündən sonra fərqlənib.

 

Sonuncu dəfə Çempionlar Liqasının II mərhələsinin “Düdelanj”la iyulun 20-də Lüksemburqda keçirilən oyununda (1:1) fərqlənən Reynaldo bu gün həsrətinə son verib.

 

O, Avropa Liqasının qrup mərhələsinin VI turunun davam edən “Fiorentina” ilə görüşündə fərqlənib. Bu, onun “Qarabağ”da 11-ci avrokubok qolu olub.

 

Reynaldo bununla da özünün rekordunu yeniləyib. Belə ki, braziliyalı Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçudu.