“Beşiktaş” sabiq hücumçusu Demba Banı geri qaytarıb. Apasport.az saytının məlumatına görə, bu barədə İstanbul klubu açıqlama yayıb.
Açıqlamada seneqallı hücumçuya görə onun son klubu “Şanxay Şenxua”ya heç bir haqq ödənməyəcəyi qeyd edilib.
Ötən yay ağır zədə alan Demba Banın karyerasını bitirəcəyi deyilsə də, seneqallı hücumçu karyerasını davam etdirmək qərarı vermişdi. Uzun müddət yaşıl meydandan kənarda qalan 31 yaşlı futbolçunun bir neçə həftə sonra məşqlərə başlayacağı deyilir.
Qeyd edək ki, 2014/15 mövsümündə “Beşiktaş”da top qovan hücumçu, 2015-ci ildə, 14 milyon avro qarşılığında Çinin “Şanxay Şenxua” klubuna transfer edilmişdi. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 44 oyunda 27 qola imza atıb.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU