[b]160-cı qol: Maksim Medvedev 53-cü oldu[/b]
08.10.2016 - 20:28
[b]160-cı qol:  Maksim Medvedev 53-cü oldu[/b]

Maksim Medvedev Azərbaycan millisində qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 27 yaşlı müdafiəçisi DÇ-2018-in seçmə mərhələsinin Norveçlə ev oyununda fərqlənib.

 

Qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açan Maksim yığma karyerasında ilk qol sevincini yaşayıb. O, bunu özünün millidəki 38-ci görüşündə reallaşdırıb.

 

Bununla da Medvedev yığmanın tarixinə qol sevinci yaşayan 53-cü oyunçumuz kimi düşüb. Belə ki, ilk oyununu 1992-ci ildə keçirən komandamızın bu matçadək 224 qarşılaşmada vurduğu 159 qola 52 futbolçu imza atmışdı.

 

Milli tarixinin 160-cı qolu 53-cü qol müəllifi ilə rəsmiləşib. Bu 159 qoldan 3-ü rəqiblərin avtoqoludu.

0