[b]1759 gün sonra və ya Serravalledəki yubiley[/b]
04.09.2016 - 22:02
[b]1759 gün sonra və ya Serravalledəki yubiley[/b]

Azərbaycan millisi tarixində 10-cu səfər qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in ilk seçmə oyununda San-Marinonu 1:0 hesabı ilə məğlub edən yığmamız bunadək 9 dəfə rəqib meydanında qalib gəlmişdi.

 

İlk belə uğurumuz 1996-cı il fevralın 20-də Nikosiyada qeydə alınıb.

 

Kiprin U-21 komandası ilə görüşən əsas millimiz tarixində ilk səfər qələbəsini bayram edib – 2:0.

 

İlk rəsmi matçını 1992-ci ildə keçirən komandamız 24 ildə 9 dəfə rəqib meydanında sevinmişdi ki, 10-cu – yubiley qələbəsi Serravalle şəhərində gerçəkləşib.

 

Əvvəlki 9 qələbədən 8-i yoxlama oyunlarına təsadüf etmişdi. Seçmə mərhələlərdə cəmi 1 dəfə sevinən yığma 2-ci nailiyyətini San-Marinoda rəsmiləşdirib.

 

İlk səfər qələbəmiz 2009-cu il oktyabrın 10-da Vadutsda gerçəkləşib. Komandamız Lixtenşteynlə DÇ-2010-nun seçmə oyununda 2 cavabsız qol vurub.

 

Bu, Prosineçkinin rəhbərliyi altında ilk səfər qələbəsidi. Çünki səfərdəki son uğurumuz 1759 gün öncə - hələ Berti Foqtsun baş məşqçiliyi vaxtında qeydə alınıb. 2011-ci il noyabrın 11-də millimiz Tiranada Albaniyaya 1:0 hesabı ilə qalib gəlib.