[b]18 oyunluq seriya bitdi[/b]
30.01.2017 - 10:15
[b]18 oyunluq seriya bitdi[/b]

Çempionatın ilk yarısının ən “sülhsevməz” komandası olan “Neftçi” mövsümdə ilk heç-heçəsini edib. Apasport.az saytının məlumatına görə, III dövrənin ilk oyununda “Qarabağ”la bərabərliklə ayrılan paytaxt təmsilçisi 18 matçlıq heç-heçəsizliyə son qoyub.

 

Belə ki, “ağ-qaralar” ötən mövsümün son 4 görüşündə də “sülh”dən qaçmışdı. Bakılılar çempionatda sonuncu heç-heçəni ötən il mayın 1-də rəsmiləşdirmişdi. Həmin gün “Neftçi” Qəbələdə eyniadlı komanda ilə bərabərə qalmışdı – 2:2.

 

Bununla da Elxan Abdullayevin yetirmələri 273 gündən sonra heç-heçə edib. Bakılılar bu müddətdə 6 qələbə qazanıb, 12 məğlubiyyət alıb.