[b]2-ci eniş, 2-ci dəfə “-22”[/b]
07.04.2016 - 12:36
[b]2-ci eniş, 2-ci dəfə “-22”[/b]

Azərbaycan millisi FİFA reytinqinin 22 illik tarixi ərzində 3 ən böyük enişindən biri ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan siyahıda 112-ci pillədən 134-cü yerə yuvarlanan yığmamız yalnız bir dəfə daha acınacaqlı durumla üzləşib.

 

Bu da 2014-cü ilin oktyabrında qeydə alınıb. Berti Foqtsun istefası ilə nəticələnən uğursuz seçmə oyunlarından sonra komandamız 31 pillə geriləmişdi. Həmin antirekord 95-ci yerdən 126-cıya enməklə rəsmiləşmişdi.

 

Millimizin tarixində indiki kimi 22 pilləlik daha bir eniş də var. Bu da 2014-cü ilin payızına təsadüf edib. Həmin vaxt komandamız 73-cü yerdən 95-ciyə yuvarlanıb.

 

İki aya 53 addım geriləyən komandamız 2 il öncəki payızdakı uğursuzluğu yaşayıb.

 

134-cü yer yığmamızın 40 ən zəif nəticəsindən biridi. Sonuncu dəfə 2015-ci ilin martında belə aşağı mövqeyə düşən komandamız həmin vaxt 139-cu idi.