[b]20-ci qələbəyə doğru[/b]
11.07.2017 - 14:47
[b]20-ci qələbəyə doğru[/b]

Bu gün avrokuboklarda II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək ilk oyunların 1-ci günü Azərbaycan çempionu “Qarabağ” meydana çıxacaq.

 

Ağdam təmsilçisi Çempionlar Liqasında “Samtredia”nı sınağa çəkəcək. Gürcüstan klubu ilə matç Azərbaycan komandalarının II təsnifat mərhələsində 61-ci görüşü olacaq.

 

Bunadək komandalarımız 30 dəfə ya ilk raunddan azad olub, ya da turu adlayıb. Bu 30 dueldə 60 matç baş tutub. Klublarımız II təsnifat mərhələsindəki qarşılaşmalarda 19 qələbə qazanıb.

 

“Qarabağ” bu gün qalib gəlsə, bu rəqəmi yubiley həddinə - 20-yə çatdıracaq. Əks halda isə əlamətdar qələbənin müəllifi olmaq növbəsi Avropa Liqasındakı təmsilçilərimizə keçəcək. Təmsilçilərimiz bu mərhələdə 20 heç-heçə edib və 21 dəfə məğlub olub. Mərhələnin görüşlərində 54 qol vuran futbolçularımız 67 top buraxıb.