[b]2012-ci ildən bəri ilk dəfə...[/b]
17.04.2016 - 00:35
[b]2012-ci ildən bəri ilk dəfə...[/b]

"Kəpəz", nəhayət ki, "İnter"in qapısına qol vura bilib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi buna Topaz Premyer Liqasının XXX turunda nail olub.

 

Cari mövsümdə ilk dəfə rəqibin qapısına yol tapan "Kəpəz" sonuncu dəfə 2012-ci ilin oktyabr ayında paytaxtdakı matçda 1:3 hesabı ilə məğlub olduğu oyunda fərqlənə bilmişdi. Həmin qarşılaşmada bölgə təmsilçisinin təsəlli qoluna 5-ci dəqiqədə Elxan Əzizov imza atmışdı. Gəncəlilərin 4 oyunluq və ya 475 dəqiqəlik qol həsrətinə bugünkü görüşün 31-ci dəqiqəsində penaltidən fərqlənən Tural Axundov son qoyub.

 

Bununla "Kəpəz" həm də 3 oyundan sonra "İnter"i Gəncədə mərkəzə dəvət edə bilib. "Bankirlər" buna qədər Gəncədə axırıncı dəfə 2010-cu ilin sentyabrında qol buraxmışdılar.

 

Qeyd edək ki, bu gün Gəncədə keçirilən matçda 1:1 hesabı qeydə alınıb.