[b]2017-ci ilin “siftə”si[/b]
20.02.2017 - 09:33
[b]2017-ci ilin “siftə”si[/b]

“Kəpəz” 2017-ci ildə ilk xalını qazanıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasındakı məğlubiyyət seriyasına XIX turda son qoyub.

 

“Neftçi” ilə səfər oyununda qolsuz heç-heçəyə sevinən qərblilər bunadək ardıcıl 5 dəfə məğlub olmuşdu. Gəncə təmsilçisi sonuncu dəfə 83 gün öncə xal əldə etmişdi.

 

Maraqlıdı ki, “Kəpəz” oktyabrın 27-də də “Neftçi”dən xal almağı bacarmışdı. Gəncədəki görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdi.

 

Bundan sonra “Kəpəz” ötən il “Qəbələ”yə 1:2, 2017-ci ildə isə “İnter”ə 1:4, “Zirə”yə 0:1, “Sumqayıt”a 1:3, “Qarabağ”a 0:1 hesabı ilə yenilmişdi.