[b]209 gündən sonra[/b]
03.12.2016 - 13:22
[b]209 gündən sonra[/b]

“İnter” mövsümdə ən böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la görüşündə 5:1 hesabı ilə qalib gələn “bankirlər” 2016/17 mövsümündə ilk dəfə 4 top fərqinə sevinib.

 

Paytaxt təmsilçisi son belə qələbəsini 209 gün öncə qazanmışdı. Ötən mövsümün çempionat oyununda “Rəvan”la səfər matçı “İnter” üçün sonuncu belə zəfər idi.

 

Mayın 7-də baş tutan qarşılaşmada qonaq qismində çıxış edən Zaur Svanadzenin yetirmələri 4:0 hesabı ilə qalib gəlmişdi. Həmin oyundan sonra “göy-ağlar” ən yaxşı halda 3 top fərqilə qələbə əldə etmişdi.