17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən qrup oyunları nadir hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin Monteneqronu 22:0 hesabı ilə yenməsi tarixə düşüb.
Bu, pireneylilərin yarışın tarixindəki ən böyük hesablı qələbəsi olub. 2007/08 mövsümündən keçirilən yarışın daimi iştirakçısı olan İspaniyanın buna qədər rekordu 21:0 idi. Onlar Ermənistanı belə darmadağın etmişdi ki, Bakıda həmin rekordu yenilədi.
Ümumilikdə isə İspaniya – Monteneqro matçı bu turnirdə 20 və daha çox top fərqinin qeydə alındığı 5-ci oyundu. Maraqlıdı ki, bütün görüşlər Qafqazla bağlıdı. Ermənistan və Gürcüstan hərəyə 2 darmadağın görüb, Azərbaycan isə ilk dəfə belə nəticə ilə bitən görüşə ev sahibliyi edib.
17 yaşadək qızların yarışındakı mütləq rekord 8 il əvvəl İtaliya – Gürcüstan matçında qeydə alınıb – 27:0.
17 yaşadək qızlar arasında Avropa çempionatlarının ən böyük hesablı 5 nəticəsi
18.10.2009. İtaliya – Gürcüstan – 27:0 (İsveçrə)
16.10.2007. Danimarka – Ermənistan – 24:0 (Makedoniya)
16.10.2009. İsveçrə - Gürcüstan – 23:0 (İsveçrə)
02.10.2017. İspaniya – Monteneqro – 22:0 (Azərbaycan)
26.10.2009. İspaniya – Ermənistan – 21:0 (Serbiya)
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”