[b]21 pilləlik fərq[/b]
04.08.2017 - 18:42
[b]21 pilləlik fərq[/b]

Çempionlar Liqasının pley-offunda “Qarabağ”la qarşılaşacaq Danimarka “Kopenhagen”inin UEFA reytinqindəki mövqeyi bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qitənin 54-cü komandasıdı.

 

Hesabında 37,800 xal olan komanda ötən mövsümlə müqayisədə 32 pillə irəliləyib. Belə ki, danimarkalılar cəmi 1 il əvvəl Avropada 86-cı idi.

 

Qeyd edək ki, “Qarabağ” UEFA reytinqində 75-ci yerdədi və rəqibindən 21 pillə geri qalır.