[b]22-ci çempionluq[/b]
27.10.2016 - 09:28
[b]22-ci çempionluq[/b]

Çempionlar Liqasının 2017/18 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveç çempionu adını qazanan “Malmö” qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.

 

Malmönün eyniadlı təmsilçisi çempionatın sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Son 4 ildə 3-cü dəfə yarışın qalibi olan komanda “Falkenberq”i 3:0 hesabı ilə yenməklə bunu rəsmiləşdirib. “Malmö”nün ən yaxın izləyicisi “Norçepinq” isə “Elfsborq”a uduzub – 1:2. 28 turdan sonra 63 xalı olan komanda izləyicisindən 7 xal uzaqlaşıb.

 

Qeyd edək ki, bu, “Malmö”nün tarixində 22-ci çempionluq olub.