[b]222[/b]
04.09.2017 - 20:13
[b]222[/b]

DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə hazırda davam edən qarşılaşması Azərbaycan millisində debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, start heyətində yer alan Təmkin Xəlilzadə ilk dəfə milli forma geyinib.

 

“Zirə”nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı.

 

Qeyd edək ki, ehtiyatda olan Renat Dadaşov da meydana çıxsa, millidə debüt edəcək.

0