[b]22 ildən sonra gələn çempionluq[/b]
28.11.2016 - 13:51
Braziliya A seriyasında 2016-cı ilin çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Palmeyras” klubu sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
XXXVII turda “Şapekoense” klubu üzərində 1:0 hesablı qələbə qazanan Kukanın yetirmələri son tura ikinci pillədəki komanda “Flamenqo”dan 7 xal öndə girib. Bununla da “Palmeyras” 22 illik çempionluq həsrətinə son qoyub. Sao Paolo təmsilçisi sonuncu dəfə 1994-cü ildə bu titula yiyələnmişdi.
Qeyd edək ki, “Palmeyras” tarixində 9-cu dəfə A seriyasının qalibi olub.
0
0