[b]Qazaxıstan yığmasının futbolçusu intihar etdi[/b]
18.01.2016 - 09:28
[b]Qazaxıstan yığmasının futbolçusu intihar etdi[/b]

Qazaxıstan yığmasının və “Kayrat” klubunun futbolçusu Zarina Turdiyeva dünyasını dəyişib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yanvarın 16-da intihar edib. Onun özünü öldürməsinin səbəbi hələlik bilinmir. Qazaxıstanın aidiyyatı orqanları bununla bağlı araşdırmaya başlayıblar.

 

Hadisə Zarinanın rəfiqələrinə pis təsir edib. Həm də futbolçu olan Yekaterina Yalova və Anastasiya Komarova bununla bağlı sosial şəbəkədə fikirlərini bölüşüblər.

 

Hadisəyə inanmadığı yazan Yalova bildirib ki, intihar etməsəydi, Turdiyevanın karyerası parlaq olacaqdı: “Bu cür gənc, möhtəşəm, enerjili qızın özünü hansı səbəbdən öldürdüyünü təsəvvür etmək belə, çətindi. Onun özünə qəsd etdiyinə inana bilmirəm. Çox dözümlü və məqsədə çatmaq üçün əlindən gələni edən futbolçu idi. Əsl müdafiəçi xarakterinə sahib idi. Əmin idim ki, o, ən yaxşı futbolçulardan biri olacaq. Ancaq… Allah ona rəhmət etsin”.

 

Komarova isə mərhumdan üzr istəyərək, onun yoxluğunu hiss edəcəklərini qeyd edib: “Hər şeyə görə bizi bağışla. Sənin yoxluğunu hiss edəcəyik. Həmişə qəlbimizdə qalacaqsan. Səni bir daha görməyəcəyimizi bilmək necə də ağırdı. Yerin cənnət olsun, amin”.

 

Qeyd edək ki, Zarina Turdiyeva 1992-ci ildə Almata şəhərində anadan olub. Futbolçu karyerasına 2006-cı ildə başlayan qazaxıstanlı futbolçu “Kayrat”la yanaşı, “Jetisu” və “Kokşe” komandalarının da formasını geyinib.