Azərbaycan millisi dünya və Avropa çempionatlarında 25-ci dəfə uduzub. Apasport.az saytının məlumatına görə, yubiley yenilgisi Kolumbiyada keçirilən mundialın 1/4 final mərhələsinə təsadüf edib.
Portuqaliyaya 2:3 hesabı ilə uduzan komandamız bunadək 24 dəfə meydanı başıaşağı tərk etmişdi. Seçmə və final mərhələlərində ümumilikdə 69 matç keçirən yığmamızın hesabında 25 məğlubiyyətlə yanaşı, 29 qələbə və 15 heç-heçə də var. 266 qolun sevincini yaşayan futzalçılarımız 231 dəfə topu qapısından çıxarıb.
Qeyd edək ki, DÇ-lərdə 24 matçda 8 dəfə xalsız qalan milli AÇ-lərdəki 45 qarşılaşmada 17 dəfə yenilib.